"Səni Vətən unudacaq... " - Şair Əlisəmid Kürə

Tarix:11-08-2017, 16:03 Baxış Sayı:998

"Səni Vətən unudacaq... " - Şair Əlisəmid Kürə
Manera.az Emil Rasimoğlunun şair Əlisəmid Kürə həsr etdiyi şeiri təqdim edir:

***
Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür...?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür.!

Hər "sağlıq" dedikcə ölürsən bir badənin dibində,
Öldükcə,
qaçıb gizlənib özündən
Gülürsən bir badənin dibində...
Sən demə, hər gün
əlil olmuş taleyini qucaqlayıb Əlisəmid- Əlisəmid ağlamaqdı bu həyat.
Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb
bir qadının qarğışında...
Nə bilim ee, nə bilim,
bəlkə də qəbrində,
bəlkə də sonuncu qışında...

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi...
Tanrı həpsxanaları öldürə bilmir.
Sən ömründə neçə həpsxana öldürmüsən,
Qanına oğlun, qızın bulaşıb...

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür...?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür !

...Səni Vətən unudacaq,
səni dilənçilər unudmayacaq.
Bir ağac tap, bir kəndir bir də ağlamağı sevən adam.
Allaha ümid olma...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ