Oxunub : 189 | Tarix : 6-01-2017, 10:30 | Bölmə: edebi

Şüşədən doğulan şəhər -  Tural Turan    /MANERA.AZ
Tural Turan

May elegiyası


(Atı bayatıya dəyişmişik,
Canı çatıya dəyişmişik)

Şuşa- Şişlənmiş... Unudulmuş Şəhid Alaçığı,
Sən canın, ömründən 31 dəfə "8 may"mı keçib yoxsa?!
İndi bildim niyə mayda toy eləmirlər...
Bədbəxt Şuşa,
Adına tutulan yasda da bir azalıq qonaqsan.
Barı, sən keşiş zurnasına qol qaldıranda qonaqsan.
Qonaq ol öz toyunda, yasında olduğun kimi...
Şüşədən doğulan şəhər,
Kaş bəxtində parlaqlıq çatı olmayaydı.

Səni döyüşüb adaxlayanlar
Səndən bir xəbər eşidəndə,
ya bir ətər görəndə
Gözüqıyıq baxır dik-dik.
Yuxuda da görüb səni,
Adamlar qaçaraq üzüaşağı
axar suya amin dedik.

... Şuşa, unutmamısansa, may elat ayıdı,
Gözlə, ya dəmir, ya qaranəfəs,
May ayı at ayıdı.

4 yanvar 2017- Bakı

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər