Oxunub : 214 | Tarix : 30-12-2016, 09:01 | Bölmə: edebi / poeziya

Nikol Kidmana Ehtirasnamə- Vasif Ayanın esseləri/ MANERA.AZ


Vasif Ayan
***
Bir dünya axtarıram, bütün pisliklərdən uzaq, körpə bir dünya,
Bir qucaq axtarıram, üşüdüyümdə məni sonsuzadək isidə bilsin,
Bir sevda axtarıram, başıma gələn ən şirin nağıl olsun,
Bir ölüm axtarıram, ağrılı olmasın, sakit və rahat olsun,
Bir mələk axtarıram günahlarımı yumaqda cəld və diribaş olsun,
Bir həyat axtarıram, hər şey bitdiyi zaman yeni bir başlanğıc olsun...
***
Orda bir qız var, Səssiz və sakit, Gözlərində qəm var, həmdə ki, ümid,
Qəlbində, sevgilərin ən böyüyü,
Ağlında bu sevgiyə layiq olmayan bir tip,
Yaralı qızcığaz,
Nifrət yükünün sevgindən böyük olma ehtimalı indi daha çox,
Sənin sevginə yazığım gəlir,
Ağlındakı tipdən daha vəfalı olduğumu gəl də gör...
***
Pəncərədən qar dənəciklərinin astaca yerə enməsini izləyirəm,
Nikol Kidmanın rəsmləri də telefonumda hərlənir,
Çəkildiyi müxtəlif filmlərdəki sevişmə səhnələrini izləyirəm,
Pis deyil, yaxşıdır,
Hətta deyərdim daha yaxşıdır,
Ovunmaq üçün kafidir, düşünürəm,
Bir də, özü canlı olsa...
Kidmanı deyirəm,
Nikolu,
Yaşıl gözlərinə qərq olub:
"Olarmı, "bir tikə" sevişek?"
Boş ver!
Get, öl Hollivudda,
Mən də burda,
Maestro, bu yerdə bir Rekviem,
"Requiem aeternam dona eis, Domine"
Latıncadı, mənası:
İlahi, onlara əbədi rahatlıq ver"
Bütün Nikol Kidman üçün "əldən-ayaqdan" gedənlərə...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər