Boyumdan hündür ayrılıq dalğaları... - ŞEİRLƏR

Tarix:19-11-2016, 11:45 Baxış Sayı:744

Boyumdan hündür ayrılıq dalğaları... - ŞEİRLƏR
Tural Cəfərli

Ümid mayakı

Gəmi kimi lövbər salmışam,
Sənsizlik dənizinə.
İndi "SOS " siqnalı verirəm,
Unutmaq əvəzinə.

Ayrılıq dalğaları,
Mənim boyumdan hündür.
Ümid adlı mayakım,
Hələ gözə görünmür.

Həsrətin sahilində,
Yer yoxdu qayıqlara.
Batan gəmi ev olur,
Axırda balıqlara.

Yuxu

Sənin üçün,
Nə fərqi var?
Ayrılmışıq, unutmuşuq, bitmişik…
Əynimizə isti kədər geyinmişik.
Bizə soyuq olmasın deyə,
Əlimizi cibimizə salmışıq.
Əlimizdən tutan yox,
Toxunan yox…
Qarşına çıxmaz daha,
Mənim kimi axmaq,
Mənim kimi naşı…
Gözlərinə birdə baxmaz,
Uşaq qəlbli, kövrək biri…
Səni düşünüb darıxmaz,
Bir də kimsə mənim kimi…
Gecə yuxu əvəzinə,
Səni görən,
Adam idim.
Yuxularım çin oldu,
Yəni uzaq oldun mənə,
Nəhəng Çin dövləti kimi…

Yağış

Əvvəl görüşlər unudulur,
Sonra xatirələr göz yaşına dönür.
Ümidlər şikəst olur,
Ayrılan sevgilərdə…
Yağışda islanmır daha heç kim,
Hər kəsin əlində çətir var.
Mən isə hələ də çətir yerinə,
Xəyallarımı tuturam yağışa,
Qalxan kimi, sədd kimi.
Kömək etmir mənə zaman,
Asılıbdı arzularım tavandan.
Elə hey baxıram,
Sən gəlməyən yollara,
Baxışlarım gül bitirib otağımda…
Beləcə qovruluram,
Beləcə unuduluram…


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ