Oxunub : 632 | Tarix : 1-08-2016, 12:10 | Bölmə: edebi

Hara getdi uşaqlığım?.. - Rüzgar Mövsüm  MANERA.AZ
Rüzgar Mövsüm

***
Hara getdi uşaqlığım?
Yazıq doyunca gülmədi.
Diri-diri yandırdılar,
adam kimi də ölmədi.
Çəkdilər çarmıxa onu,
İsa zülmü yalan oldu.
Kobud əllər, qırış gözlər.
Qalan ancaq bunlar oldu.
Ağlamağa qoydunuz ki?
Heç əməlli gülmədi ki.
Hara getdi uşaqlığım?
Sizə bir söz demədi ki?
Elə getdi, heç bilmədim
var idimi, yox idimi?
O qayğısız uşaqlığım
Gerçək idi, yuxuydumu?
Hara getdi uşaqlığım?
Bəlkə gedib nənəmgilə?
Babam da fəxrlə baxır
mənə yenə gülə-gülə.
Mürgülüyəm qucaq üstə,
anam layla deyir mənə.
Atam, anam, babam, nənəm
hamısı sağdılar hələ…
Uşaqliğim

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər