"Kitab mənə özümü izah edir" - MÜSAHİBƏ

Tarix:11-07-2016, 11:30 Baxış Sayı:528

"Kitab mənə özümü izah edir" - MÜSAHİBƏ

Manera.az gənc yazar Cavanşir Muradovla müsahibəni təqdim edir:

Sizcə, gənc yazar və yazıçı arasında nə fərq var? Yoxsa ümumiyyətlə? fərq yoxdu?

-Əslində fərq var.İnsanların gənclik yaşlarında olan düşüncələri yetkinlik və qocalıq vaxtlarındakı düşüncələri ilə eyni deyil.Amma Azərbaycan ədəbiyyatında bu biraz qarışıq vəziyyətdi.Məsələn şairdir 70 yaşı var.Sevgi şeiri yazır.Darıxmaqdan üzülməkdən dərd çəkməkdən yazır.Bir də ki, 22 yaşı var, dünyanın vəfasızlığından faniliyindən, yaxud yaşamaq istəməməsindən yazır.Açıq-aşkar belə yazılar oxucuda qəribə bir hiss yaradır.Yazar gərək öz yazısı ilə oxucunu həm heyran eləsin, həm də inandırsın.Dediyim bu vəziyyət isə oxucuda sadəcə gülüş yaradır.

Ona görə də əgər yazıçı gəncdirsə, ona düşüncəsinə görə gənc yazar, yaşlıdırsa sadəcə yazar demək lazımdır, mənim fikrimcə.

Qanun nəşriyyatında Azərbaycan yazıçılarının kitablarını 90% endirimə qoymuşdular. Hətta 30 qəpiyə də kitab vardı. Buna qarşı münasibətiniz necədi?

-Əlbəttə yaxşı bir şey deyil.Amma gəlin bunu da nəzərə alaq ki, bizdə dünya ədəbiyyatı seriası çox satılır.Yerli yazıçı isə kitabı çıxarır təqdimata gələnlər alır.Sonra da 2– 3 nəfər alır.Vəssalam. Amma mən deyərdim ki, bir gün sırf Azərbaycan yazarlarının kitablarını qoyaq endirimli satışa. Bax onda hər şey az da olsa qaydasına düşər.

Kimlərin kitablarını mütaliə edirsiniz?

-Əsasən Teodor Drayzer, Albert Kamyu, Balzak, Maksim Qorki, Bertran Rasell, Çarlz Bukovski, Henri Müller, Herman Hesse, Nazim Hikmət, Orhan Pamuk və s.

Bəs Azərbaycan yazıçılarından?

-Cəlil Məmmədquluzadə, Ə. Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Almaz İldırım, müasir yazarlardan Aytən Cavanşir, Şəhla Aslan, Cəlil Cavanşir, Kənan Hacı, Əsəd Qaraqaplan, Azad Qaradərəli və s.

Kitab oxumaq sizin üçün nə deməkdi?

-Mənim üçün kitab oxumaq öz dünyamda hava almaq deməkdir.Mən hər şeyi bilməyə çalışmıram.Sadəcə çalışdığımı bilmək istəyirəm. Özümü anlamaq istəyirəm.Kitab oxumaq mənim üçün ikinci Cavanşirdi.Qarşımda oturur və mənə özümü izah edir

Sosial səbəkələrdə adınız “Fırtına yazarı” kimi gedir. Nə vaxtdan qoşulmusunuz Fırtına yazarlarına?

- “Fırtına yazarları” qurumu 2015 ci ildə bir qrup gənc yazıçı tərəfindən yaradıldı ki, olardan biri də mən idim.Bu adı mən həmişə qürurlu üstümdə daşıyacam.Bir an belə olsun bu adı üstümdən qırağa atmayacam.Əgər nə vaxtsa tanınmış bir yazar olsam, bu Fırtınanı daim öndə çəkəcəm.Bu mənim həyatımda özümə verdiyim sözdü.

AOK-un sədrliyindən niyə çıxdız?

-AOK- Avrasiya Oxucular Klubu Təhsil aldığım Bakı Avrasiya Universitetində yaratdığım bir oxucu klubudur.Burda Tələbələr ilə toplaşır müxtəlif dünya və Azərbaycan yazarlarının əsərlərini müzakirə edirik.İştirak sərbəstdir.Yaşından aslı olmayaraq hər kəs iştirak edə bilər.Yazıçılarıda dəvət edir bir yerdə müzakirə keçiririk.O ki qaldı sədrlikdən çıxmağa.Biz bu klubu quranda 1-ci kursda təhsil alırdım.İndi isə 2-kursda təhsil alıram.Və mən düşündüm ki, nə olsun biz yaratdıq klubu.Məndən sora gələnlərə də yol açmaq imkan yaratmaq lazımdır.Ona görə istefa ərizəsini yazdım.Amma daha sonra klubun fəaliyyətində durğunluq yarandı.Və yenidən işimə qayıtdım.İndi yenidən Avrasiya Oxucular Klubunun sədriyəm.

Həyatda məqsədiniz nədir?

-Ümumiyyətlə, məqsədlərim haqqında danışmağı sevmirəm.İstəyirəm ki, məqsədlərimi həyata keçirdikcə hamı görsün.Mənim üçün məqsəd demək həyat deməkdi.Savaş deməkdi.Mənim üçün həyatda insanlar 2 cür olur.
1.Yaşayan insanlar.
2.Mövcud olan insanlar.
Əgər insan bir amal bir məqsəd uğrunda çalışırsa savaşırsa deməli o insan yaşayır.Və nə üçün yaşadığını bilir.Əgər bir insan heç nə uğrunda çalışmırsa sadəcə yeyib, içib, yatırsa deməli o insan sadəcə mövcuddur.Nə özünə xeyri var, nədə ətrafına. Və belə bir şeydə var.İnsan öz məqsədinə çatmaq istəyirsə dayanmadan çalışmalı və vaz keçməməlidi. Çünki üzüyə qaş olmaq istəyən daş, yonulmağa və əzilməyə məhkumdur- demiş Mövlana.

Bir gənc və bir yazar kimi sevgiyə münasibətiniz necədir?

- Sevgi gözəldi.Amma sevən üçün daha da gözəldi.Mənim qrup yoldaşım və dostum Sənanın belə bir fikri var.Deyir ki, “Qarşılıqlı sevgi deyilən bir şey yoxdur.Bir tərəf sevdiyi halda bir tərəf onun sevgisinə hörmət edir.Hörmətdən yaranan sevgi isə daha böyük olur”. Mən bu fikirlə razıyam.İndiki dövrdə bəzi sevgilər günə baxan kimidir.Qabığını qırıb atırlar.Çox təssüfedici haldır...

Kitab nəşr etdirməyi düşünürsünüz?

-Bəli, bu yaxınlarda yeni kitab nəşr olunacaq..


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ