Danışır ruhun... | MANERA.AZ

Tarix:19-05-2016, 18:03 Baxış Sayı:212

Danışır ruhun...  | MANERA.AZ

Danışır ruhun...

– Hardasan?

– Vücudən, ya ruhən?

– Neynirsən?

– Vücudən, ya ruhən?

– Nə danışırsan?

– Dinlə o zaman, danışır ruhun....

Ey ruhunu unudan insan, bu gün səninlə kiçik səyahətə yelkən açacağıq. Sonuncu dəfə nə vaxt özünə sual vermisən. Vermisənmi ki, mən kiməm? Kimliyinin qanunlarını yazmısanmı? Yazdığını pozmusanmı? Suallar içində azmısanmı??? Cavabı tapılıb. Danışır ruhun...

Günün yarısını oyaq qaldığın üçün yatırsan. Bədənin yorulub. Vücudunu geyimlərlə süsləyirsən. Gözlərini, dodaqlarını, bəzəyirsən, haqlısan. Bəs ruhun necə? Bir az hərəkətdə olan kimi yorğun düşür, dincəlirsən. Bəs neçə illərin yorğunluğu? Əzilmirmi ruhun? Bədənini geyimlərlə süsləyirsən, bəs ruhun o üşümürmü? Onun yazı, payızı yoxmu? Gözlərini, dodaqlarını, kirpiklərini boyalarla boyayırsan. Axı niyə kirpiklərin ruhunun tozunu süpürmür? Düşünmürsənmi ki, gözü göz edən, bəzəyi deyil, baxışıdır. – “ Ruhun danışır”. Dodaqlarını gözəlləşdirən boyalar deyil, təbəssümdür. – “ Ruhun danışır”. Yorulmusan! – “ Ruhun yaşlanır”

Elə hey gündüzlərə zaman ayırırsan, bəs gecələr zamansızmı? Əgər gecəyə qonaq getmisənsə, özünə zaman ayırmağına ehtiyacın var deməkdir. Ey əziz dost, ruhuna zaman ayır, sevdiklərinə ayırdığın kimi. Onu sev, nəfəsini sevdiyin kimi. Unutma ki, sənin kölgən, sənin ruhundur. Vücudun ritmini ruh dinləyir. Ruhunu dinlə, dincəlt. Həyatını ruhuna toxunaraq yaşa. O zaman xoşbəxtliyi dadar, həyatdan zövq alarsan. Beynini xoşbəxtəm, ya bədbəxtəm sualları ilə yormaz, daxili dünyanı kəşf edərsən.

Bəlkə ruhun çoxdan ölüb. Bəlkə də ruhuna qonaq getsən, o səni həbs edəcək. Kim bilir, bəlkə ruhunu elə toz basıb ki qalaq- qalaq. Duman içindəsən, amma demə ki, boğulursan...

Ruhuna qayıt. Qayıt ki, o səni xoşbəxt etsin. Haradansa qulağıma səs gəldi. Ruhum məni çağırır. Sən də dinlə ruhun səninlə danışır.

Günel İbrahimli
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ