Oxunub : 455 | Tarix : 16-02-2016, 16:58 | Bölmə: edebi

Geridə qalanlar..._MANERA
Türkan Mehralıyeva

“Bir anda her şeyden vazgeçip gitmek kolaydır nasılsa;
ama marifet değil”
Özdemir Asaf




Getməklə qalmaq arasında çox mübarizə apardım amma heç vaxt getmədim...

Asandı getmək? Arxana belə baxmadan, “sağ ol” demədən sadəcə “özünə yaxşı bax” deyib qalanın gözyaşlarına boğulması. Qalan asan bilir getməyi. Sadəcə qalan ağlayar, qalan üzülər, sadəcə qalan “getmə” deyə bilər

Gedənlər gedəndə səbəbsiz gedərlər, bir sözləri olar “belə daha yaxşı olacaq”. Qalan bunu heç vaxt qəbul etməz, deyiləcək bir sözü olmaz sadəcə susar. Deyilə biləcək böyük cümlələr qarşısında susar, çünki getmək istəyən birini heç bir cümlə saxlaya bilməz.

Bəzən elə hisslər var ki, onları başa salmaq üçün cümlələr çatmaz hətta bir kitab yazmaq belə fayda verməz. Hər şey qurtarmış olsada bu hekayənin sizin səhifələrinizdə yazılıb davam etməsinin qürurunu yaşayarsınız.

Qalanın həmişə bir ümidi var, gedənin geri qayıtmayacağını bilsə də gözləmək daha çətindi. Hər şeydə bir günahkar axtararıq, bu vəziyyətdə gedən bir daha həyatımızda olmayacağına görə gedənlər həmişə günahkar olar.

Gedəni heç vaxt fikirləşmədik, gedənin arxasından “asan yolu seçdi və getdi” ya da “sevsəydi getməyi seçməzdi” deyirlər. Amma bəlkə gedən elə sevdiyi üçün gedib? Getmək məcburiyyətində qalıb?! Bəlkə asan deyilən yol daha çətindi... Sanki hər şey gedənə çətindi gedən heç üzülməyəcək, darıxan həmişə qalan olacaq.

Gedən səbəbsiz gedərsə?! Bu qalan üçün daha çətin deyil?! Verdiyi suallara cavab tapa bilməmək, aldığı cavablar suallarına cavab deyilsə... Gedən “zamana burax” deyər qalan zamanın geri qayıtmasını, bunların heç olmamasını istəyər. Bir səbəb olmalı getmək üçün. Yeni bir səhifəyə məcbur edilən səbəblər...

Nə qala bilmək, nə də gedə bilmək. Gedə bilməzsən, çünki içində o cəsarət yoxdu, yaşadıqlarını unutmaq istəmirsən, ağrılar çəkməyə razısan. Daxilin getmək istəyər, xaricin qalmaq...

Getməyin yoxsa qalmağın daha çətin olduğunu gedənlər daha yaxşı bilər. Getmək yolunu seçən insan ilk addımı atanda qalanı fikirləş bəlkə o addımı atmadın... Getmək üçün səbələr axtarmaq əvəzinə qalmaq üçün səbəblər axtar.

MANERA












Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər