manera.az
manera.az

Sıfır dərəcə isti... - MANERA.AZ

Sıfır dərəcə isti... - MANERA.AZ

Emin Akif

***
Ruhumuzun hərarəti
Sıfır dərəcə isti.
bu gecə inadını
tulla kənara bəsdi.

Darıxdınsa zəng elə
danış biraz , yenə də.
Yenə gülüşlərindən
bir dodaq ver mənə də.

Darıxdınsa zəng elə
evdə hamı yatıbsa
balaca qardaşının
xəyalında saydığı
quzu yüzə çatıbsa.

biraz da qulağıma
qısqanıram pıçılda.
biraz da yoxluğunla
odlanıram pıçılda.

çıxart sırğalarını...
as qulağından məni.
bir gözündə mən olum
as dodağından məni.
bir gözündə yatanlar

qaç otağından , mənim
otağıma tələs , gəl.
saçlarını yağışlar
yusun təngənəfəs , gəl.

unut iki küçəlik
məsafəni , unut sən
çarpayımın ağında
saçlarını qurut , sən.

bu gecə səni sözsüz
yazım, darıxma, darıxma.
bu gecə bədənində
azım, darıxma, darıxma.

içək , sevişək belə
üzü səhərə sarı.
külək gətirsin qarı
üzü şəhərə sarı.

tələs pəncərəmizin
ağaranda şüşəsi
son öpüş payını ver
qaç darıxmağa doğru.

tələs gələndə qəfil
sübh azanının səsi
son öpüş payını ver
qaç darıxmağa doğru.

bu gecə göylər yenə
yağışı qarla kəsdi.
yenə soyuduq yenə
ruhumuzun hərarəti
sıfır dərəcə isti.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031