manera.az
manera.az

"Mərmərin yaman saralıb" - qardaşımla söhbət | MANERA.AZ

"Mərmərin yaman saralıb" - qardaşımla söhbət  | MANERA.AZ

Qabil Ədalət


Mərhum qardaşıma ithaf

Qardaşımla söhbət

Keçən il gömdüyüm cəsədini,
Suladı anamın göz yaşı...
Beton töksəm də üstünə
-qırxın çıxmamış cücərdi,
Böyüyüb oldu baş daşı...

Üzünün qopmuş dərisi ilə,
Bəzədi şəklini...
Yolub saçından bağladı,
Düzdü üstünə əklili...

Yorğanın göndərsin, bəlkə,
Bürünəsən hava soyuqdur.
Özünün üşüyən yeri yox,
Bədəni oyuq-oyuq oyuqdur...

Balanımı gözləyirsən?
Gözün küçədə qalıb.
Ruhun necədir, görəsən?
Mərmərin yaman saralıb...

Bu bir ilin necə keçdi?
Düşən oldumu yadına?
Anam arından güldü,
Arsız dedilər adına...

Əynini qalın saxla,
Nolar anam nigarandı.
Oranın da həkimləri
-qəddar olar,
Həkimə düşmə amandı...

Orda həkimlər necədir?
Resept neçəyə yazılır?
Dərmanların tarixləri,
Silinib təzdən yazılır?!

Yığıb gətirdin hamısını,
Hec kimdə dözüm qalmayıb.
Bir az dözüm ver aparım,
Bayramlıq olsun anama.
Elə vurmusan yaranı,
Bir ildir ki sağalmayıb.

Uzat sıxım əlini,
Gedirəm evə daha.
Məndən nigaran olma,
Gözün arxada qalmasın.
Nə bərk yatmısan, Şirinov?
Yuxun hec şirin olmasın...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930