Uduzanda kişi kimi uduzaq - MANERA.AZ

Tarix:8-10-2015, 13:13 Baxış Sayı:439

Uduzanda kişi kimi uduzaq - MANERA.AZ
MANERA.AZ Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin I kurs dinləyicisi Vüsal Yurdoğlunun (Dadaşov) şeirini təqdim edir:

Küləklərin bilinməyir cəhəti,
Düşərimiz ya yaxındır, ya uzaq.
Kişiliklə qazanırıq hörməti,
Uduzanda kişi kimi uduzaq!

Uduzaq ki, sərin olsun istimiz,
Eşqin odu, hərarəti cəhənnəm.
Uduzaq ki, uda bilsin dostumuz,
Uduzmasaq uda bilməz bu aləm.

Güzəşt etmir düşmən oglu rəqibə,
Udacaqdan uduzacaq oyunu.
Görə-görə yaşayırıq, bu dəfə,
Qumar üstə qoyacaqdır soyunu.

Yaradandır islah edən insanı,
Ələyində xırdalayar, üyüdər.
Birdən qopar qasırğası, tufanı,
Namərdlərə qəzəbini böyüdər.

Budur məram-məqsədimiz, sözümüz,
-Mərd olmalı kişi olan kimsələr!
Ömür boyu tox olmalı gözümüz,
Kişi kişi əməliylə yüksələr!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ