manera.az
manera.az

Boşanmaq istəyən qadın | MANERA.AZ

Boşanmaq istəyən qadın  | MANERA.AZ
Aysel Abdullazade

Sevgi və Murad bir neçə illik evli idilər. Murad çalışır, xanımı Sevgi isə evdar qadın idi. Murad hər gün tezdən işə gedir, axşam olunca iş çıxışı evə qayıdır, birlikdə şam edirdilər. Sonrasında xanım yenə ev işləri ilə məşğul olur, Murad isə televizor izləyər, matça baxardı. İşi bitən Sevgi öz otağına çəkilir, kitab oxuyurdu. Danışacaq və müzakirə edəcəkləri ortaq bir mövzuları belə olmurdu. Bəzən Sevgi rəfiqələri ilə görüşündən danışar, Muradın sadəcə dinləyərək başını sallaması onu həvəsdən salırdı.

Övladları olmurdu. Bu şəkildə davam edən monoton ailə ortamı Sevginin sıxılmasına səbəb olmuş, çox düşünməsinə rəğmən çarə tapa bilməmişdi. Amma düşündüyü bir şey var idi: boşanmaq...

Bir axşam Muradın evə gəlişini gözlədi, həyəcandan əlləri titrəyir, dil-dodağı quruyurdu. Bu gecə Murada boşanmaq istədiyini açıqlayacaqdı.

Axşam yeməyindən sonra ərinin yanında oturdu. Murada baxaraq söhbət etmək istədiyini bildirdi. Murad başını televizordan çəkib arvadının gözlərinə baxdı.

Sevgi: Mən çox sıxılıram

Murad: Bu gün filmlərini izləməmisən?

Sevgi: Yox, ümumi anlamda sıxılıram.

Qadın dilinin ucuna gətirdiyi boşanma kəliməsini bir dürlü ağzından çıxarmağa cəsarət etmirdi. Bu halda Muradın bir təklifi gözlənilməz oldu: "bəlkə sənə iş tapaq, çalışasan. Həm evdə qalıb sıxılmazsan, həm də insanlarla ünsiyyətdə olarsan"

Sevgi heç vaxt çalışmamışdı, elə boşanmaq fikrini düşünəndə də sonrasını nə edəcəyini bilmirdi, maddi cəhətdən özünü təmin edəcək gücü yox idi. Bu üzdən Muradın bu təklifinə təəccübləndi.

- Necə? Harda çalışa bilərəm ki? Axı, mən heç vaxt işləməmişəm.

- Sənə uyğun bir iş mütləq tapılar, istəyirsən mən maraqlanım?

- Olar...

Sevgi bir müddət səssiz qaldı. Heç çalışmadığı halda, bu fikir onu xəyallara apardı. Əslində, bu ən uyğun çıxış yolu idi. Həm maddi gəliri olacaqdı, həm həyatına rəng qatacaq, həm də ünsiyyət üçün fürsəti yaranacaqdı. Murad bu işlə maraqlanacağını, mütləq uyğun bir iş tapacağını vəd etdi.

Nəhayət, bir axşam Murad xoş bir xəbərlə gəldi evə. Sevgiyə bir özəl şirkətdə işi öyrənənə qədər ara işçi, öyrəndikdən sonra isə əsl işçi olaraq çalışacağını söylədi. Sevgi sevinərək qəbul etdi.

Artıq hər səhər ikisi də birlikdə evdən çixaraq işə gedir, axşam da təxminən eyni saatlarda dönürdülər. Axşam yeməyini belə mətbəxdə birlikdə hazırlayırdılar. Ər-arvadın həyatı tamamilə dəyişilmişdi. Sevgi işçilərlə ünsiyyətdə olur, gündəlik etdiklərini axşam Muradla bölüşürdü. Murad da öz işindən bəhs edir və beləliklə, artıq aralarında müzakirə ediləcək ortaq bir mövzuları yaranmışdı.

Zamanla işinin mükəmməlləşdirən Sevgi, artıq, çalışma həyatı ilə birlikdə bir zamanlar tamamilə xaricində qaldığı toplumsal həyata da qatılmış olduğunu və bu həyatın içində söz sahibi bir fərd olduğunun fərqinə varmışdı. Özünü tapmışdı, içindəki özgüvəni tanımışdı və sabahına qorxusuz şəkildə baxa bilən bir qadın olmuşdu.

Bir zaman ərindən boşanmaq istədiyini gülümsəyərək xatırladı və bu fikri həmən beynindən uzaqlaşdırdı...


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031