“Kitab al, kitab qazandır” layihəsinə start verilib

Tarix:12-10-2018, 17:40 Baxış Sayı:26

“Kitab al, kitab qazandır” layihəsinə start verilib
“Kitabsevərlər” Hərəkatı yenidən “Kitab al, kitab qazandır” layihəsinə start verir.

Manera.az-ın məlumatına görə, hərəkatın 21-ci kitabı, Sevinc Elsəvərin uşaqlar üçün yazdığı "Şeytan çarxı" romanı artıq çapdan çıxıb.

Əsərin təqdimatı oktyabrın 28-də, saat 13:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında baş tutacaq.

Roman göy qurşağı barədə olan qədim əfsanəmiz - "Fatı qarının xalçası" - üzərində qurğulanıb. Bakı bulvarındakı "Şeytan çarxı"na minən 7 yeniyetmə qəfildən yoxa çıxır. Onların müxtəlif zaman və məkanlara səyahəti, orda başlarına gələn macəralar balaca oxucular üçün çox maraqlı və öyrədici olacaq.

Kitabın satışından əldə olunan gəlir əsasında müxtəlif bölgələrdən olan uşaqlara kitab, dərs ləvazimatı hədiyyə ediləcək.

Layihənin iki əsas şərti var:

1. Əsas şərt

Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsınız, aldığınız hər 2 kitaba görə, 1 kitab hədiyyə üçün ayrılır. Yəni özünüzə almaqla kənd uşaqlarına kitab qazandırmış olursunuz.

2. Könüllü yardım

Hər kəs istəsə təqdimat günü məktəb ləvazimatı, dərslik və uşaqlar üçün bədii kitablar da gətirərək həmin uşaqlara göndərə bilər. Dərslik və kitablar işlənmiş də ola bilər.

Kitabın qiyməti 5 manatdır.

Ünvan: Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
Layihənin informasiya dəstəkçisi Parafraz portalı və Parafraz Nəşrləridir../parafr.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ