“New Life Brass” Bakıda konsert verib

Tarix:20-09-2018, 11:20 Baxış Sayı:66

“New Life Brass” Bakıda konsert verib
Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına “New Life Brass” kvintetinin konserti olub.

MANERA.AZ xəbər verir ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir.

2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir.

Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ