Türkiyəli aktyorlar Azərbaycanda filmə çəkiləcək | MANERA.AZ

Tarix:14-08-2015, 11:44 Baxış Sayı:329

Türkiyəli aktyorlar Azərbaycanda filmə çəkiləcək | MANERA.AZ
“Cineba film” şirkəti tərəfindən ekranlaşdırılacaq “Bir ovuc sonsuzluq” faciə filminin kastinqinin vaxtı bəlli olub.

Şirkətin mətbuat xidmətinin açıqlamasına görə, filmin kastinqinə avqustun 16-da start veriləcək. Seçimlər bitdikdən sonra isə gələn ay filmin çəkilişlərinə başlanılacaq.

Film faciəvi dram janrında olacaq. Baş rolları oynayacaq aktyorlar isə artıq seçilib. Çəkiləcək ekran əsərində Türkiyənin iki tanınmış aktyoru da rol alacaq. Hər iki aktyorla müqavilə imzalandıqdan sonra onların adları açıqlanacaq.

Qeyd edək ki, filmin rejissorları Murad Abdullayev və Battal Qazi Karabulaqdır. Film Battal Qazi Karabulağın ssenarisi əsasında çəkiləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ