“Hədəf” Nəşrləri bir aylıq kitab sərgisinə başlayır » Manera.Az

“Hədəf” Nəşrləri bir aylıq kitab sərgisinə başlayır

Tarix:9-08-2018, 13:58 Baxış Sayı:56

“Hədəf” Nəşrləri bir aylıq kitab sərgisinə başlayır


“Hədəf” Nəşrləri və “XAN” Nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasına start verir.

Nəşriyyatdan Manera.az-a verilən məlumata görə, sərgi-yarmarka avqust ayının 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda keçiriləcək.


Həftənin bütün günləri təşkil olunacaq sərgi-yarmarka hər gün 11:00-dan 22:00-a qədər davam edəcək.

Sərgi müddətində “XAN” Nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

Sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ