“YARAT”dan uşaqlar üçün yeni yay proqramı » Manera.Az

“YARAT”dan uşaqlar üçün yeni yay proqramı

Tarix:8-08-2018, 16:00 Baxış Sayı:37

“YARAT”dan uşaqlar üçün yeni yay proqramı
Avqustun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları nənə-babaları ilə birlikdə “Camping and Gramping” yay düşərgəsinə qatılmağa dəvət edir.

MANERA.AZ xəbər verir ki, sözügedən proqram “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunur. Ustad dərslərin mövzusu “Xəyallar”dır və iştirakçılar öz xəyallar aləmini yaratmaq imkanı əldə edəcəklər.

Ustad dərslər istedadlı kuklaçı-rəssam Leyla Qabulova tərəfindən aparılacaq.

Sonda əsərlərin yekun sərgisi açılacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ