Ustad aşıqların iştirakı ilə tədbir keçirilib » Manera.Az

Ustad aşıqların iştirakı ilə tədbir keçirilib

Tarix:8-08-2018, 15:57 Baxış Sayı:31

Ustad aşıqların iştirakı ilə tədbir keçirilib
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində kəlbəcərli ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir keçirib.

İctimai Birlikdən MANERA.AZ-a bildirilib ki, layihənin məqsədi azərbaycanlıların tarixən məskunlaşdıqları Göyçə, Kəlbəcər və Laçından olan aşıqlara məxsus dastan ifaçılıq ənənəsini qorumaq, yazıya almaq və gələcək nəsillərə ötürməkdir.

Tədbirdə ustad aşıqlardan Aşıq Xalıqverdi Həmidoğlu, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Kəlbəcərli və başqaları çıxış edərək bildiriblər ki, aşıq sənətinin xalqımızın mədəni tarixində mühüm yeri var. Aşıq sənəti və dastançılıq ənənələri Kəlbəcər, Laçın və Göyçədən olan aşıqlar tərəfindən hər zaman inkişaf etdirilib və özünün orijinallığı ilə fərqlənib.

Sənətkarlar vurğulayıb ki, adı çəkilən mühitdə Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi azman sənətkarların dastançılıq ənənələri sonralar Dədə Şəmşir, Aşıq Umbay, Aşıq Cabbar, Qəmkeş Allahverdi kimi ustad sənətkarlar tərəfindən davam və inkişaf etdirilmişdir. Kəlbəcər aşıq mühitində xüsusilə ustad sənətkar Dədə Şəmşir həm dastan ifaçısı, həm də bir neçə dastanın yaradıcısı kimi tanınır.

Lakin təəssüflə qeyd edilib ki, bu gün həmin bölgələrdən olan insanların kompakt halda yaşamaması və eyni zamanda ustad sənətkarların dünyasını dəyişməsi nəticəsində bu sahə kifayət qədər araşdırılımır. Ona görə də, bu məsələ diqqətdə saxlanılmalıdır ki, həmin torpaqlar işğaldan azad edildikdən sonra da aşıq sənəti və eyni zamanda dastançılıq ənənələri inkişaf etsin. Çünki, adları çəkilən bölgələrin əhalisi tarixən ozan-aşıq mədəniyyətinin qorunmasında mühüm rol oynamışdır.

Qeyd olunub ki, şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növü olan dastanlar mütləq şəkildə qorunmalı və gənc saz ifaçılarına bu sənətin incəlikləri aşılanmalıdır.

Çıxışçılar Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə xüsusi qayğısından da bəhs edilib. Bildirilib ki, məhz Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilib.

Sonda sazda xalq dastanlarından nümunələr səsləndirilib və gənc aşıqlara Azərbaycan xalq dastanları haqqında məlumatlar verilib.

Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layihəsini 2018-ci ilin may ayından həyata keçirir. Artıq layihə çərçivəsində bir sıra tədbirlər reallaşdırılıb.
Ustad aşıqların iştirakı ilə tədbir keçirilib
Ustad aşıqların iştirakı ilə tədbir keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ