VI Hun-Türk Qurultayı başlayır » Manera.Az

VI Hun-Türk Qurultayı başlayır

Tarix:7-08-2018, 17:36 Baxış Sayı:53

VI Hun-Türk Qurultayı başlayır
Avqustun 8-13-də Macarstanda VI Hun-Türk Qurultayı keçiriləcək.

Bu barədə MANERA.AZ-a Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin məlumat verib.

İlqar İlkinin sözlərinə görə, hər iki ildən bir keçirilən qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcək. Həmişə olduğu kimi bu qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.

Qurultayda iştirak etmək üçün ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, sənətçi Şəmistan Əlizamanlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, QHT təmsilçisi Arzu Bağırova sabah Macarstana yola düşəcək.

Qeyd edək ki, qurultayda türk dünyasını düşündürən məsələlər, birgə fəaliyyət proqramları da müzakirə olunur. Eyni zamanda qurultay Türk xalqlarının birlik və bərabərliyini gücləndirmək üçün önəmli bir əməkdaşlıq platformasıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ