İndoneziya mədəniyyət festivalı keçiriləcək » Manera.Az

İndoneziya mədəniyyət festivalı keçiriləcək

Tarix:6-08-2018, 14:00 Baxış Sayı:50

İndoneziya mədəniyyət festivalı keçiriləcək
Sentyabrın 11-16-da Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək.

İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.

MANERA.AZ-ın məlumatına görəi, festival Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.

Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında iş adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ