“Ulduz”un iyun sayında...

Tarix:10-07-2018, 12:26 Baxış Sayı:50

“Ulduz”un iyun sayında...
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” jurnalının iyun sayı işıq üzü görüb.

Bu dəfə də jurnal ənənəvi olaraq ekspert rəyi ilə başlayıb. “Ulduz”un may sayı haqqında Nərgiz Cabbarlı “Hər şey söz naminə” məqaləsində danışıb. Rəyi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri izləyib.

“Nəsr” bölməsində Kənan Hacının “Gəmilərin vətəni”, Vahid Məhərrəmovun “Dəlixanada şeir konfransı” hekayələri yer alıb.

“İki şeir”in qonağı Mətləb Ağadır. “Qısa fikirlər xəzinəsi” rubrikasında Albert Eynşteynin bioqrafiyası və aforizmləri Cəlal Məmmədovun təqdimatında yayımlanıb.

“Yazı masası” rubrikasında Xanım Aydınla Vüsal Nurunun budəfəki qonağı tənqidçi Vaqif Yusiflidir.

Vasif Əlihüseyn, Şəhriyar Seyidoğlu və Səxavət Kəlbəcərlinin poeziya nümunələri “Şeir vaxtı”ndadır.

Asif Rüstəmli jurnalda “Cümhuriyyət dövrünün ilk məcmuəsi “Gənclər yurdu” məqaləsi ilə təmsil olunub.

Oxucular jurnalın yeni nömrəsində Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Mann haqqında yazını İlham Abbasovun təqdimatında oxuya biləcəklər.

Fərqanə Mehdiyeva şair Əşrəf Veysəllinin 80 illik yubileyi münasibətilə yubilyarla “Sorağı gəlməyənlər” xüsusi rubrikasında söhbətləşib.

Söhbəti Natiq Məmmədlinin Vidadi Həsənova həsr etdiyi “Müqəvva” monotamaşası izləyib. “Azərbaycan Xalq Cümhuriyyəti-100” bölməsində professor Alxan Bayramov cümhuriyyət dövründəki publisistikadan danışıb.

“Debüt” bölməsində balaca yazıçılardan Əlcamal Paşayevin “Mənim təzə dostum”, Məryəm Ağayevanın “Emili” hekayəsi verilib.

“Anım” bölməsində Gülər Ələkbərqızı vəfatının bir ilində Bəhruz Axundovu “Kitab adam” essesində yad edib.

Pərvanə Məmmədli “Mən daim qapalı ağızla hayqırıram” sərlövhəsi altında Təbriz elindən xəbər verib.

Son olaraq, “Dərgidə kitab”ın bu- dəfəki qonağı şair Taleh Mansurdur. Onun şeirləri “Yaxın doqquzluq” başlığı ilə çap olunub.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ