Bilik Fondu Milli Mətbuat gününə mühazirə həsr etdi

Tarix:10-07-2018, 12:06 Baxış Sayı:40

Bilik Fondu Milli Mətbuat gününə mühazirə həsr etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 22 İyul Milli Mətbuat Günü münasibəti ilə “Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib

Lənkəran Tarix Diyarşünaslıq muzeyində rayonun ziyalı xanımlarının iştirakı ilə baş tutan növbəti tədbirdə Bilik Fondunun lektoru yazıçı-jurnalist Şəhla Aslan iştirakçıları salamlayıb, təmsil etdiyi qurum haqda ətraflı məlumat verib.

Sonra “Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan mətbuatı” mövzusunda geniş mühazirə oxuyub.

Lektor milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salıb, İlham Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək internet medianın fəaliyyətinə də toxunub. O, Azərbaycanda internetin azad olduğunu deyib, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.

Mühazirədə qeyd olunub ki, bu gün Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunması məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, diskussiya formasında davam edib.

Sonda Bilik fonduna dair təkliflər səsləndirilib.

MANERA.AZ
Bilik Fondu Milli Mətbuat gününə mühazirə həsr etdi
Bilik Fondu Milli Mətbuat gününə mühazirə həsr etdi
Bilik Fondu Milli Mətbuat gününə mühazirə həsr etdi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ