“Azərbaycan” jurnalının yeni sayı

Tarix:8-07-2018, 13:39 Baxış Sayı:65

“Azərbaycan” jurnalının yeni sayı
“Azərbaycan” jurnalının iyun nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsinin qalibləri - Yaşar Bünyadın “Hələ ki təyyarələr uçur...”, Şahin Sərdarlının “Rənglərə boyanmış yalanlar”, Mübariz Cəfərlinin “Güzgü”, Elşad Baratın “Günah”, Mülayim Hümbətovanın “Mənə oğlumdan danış”, Dilsuzun “Yaradıcılıq günü...”, Vaqif Nəsibin “Çiyinlərə qonan əl” əsərləri “Poeziya” bölməsində Balayar Sadiqin, Ətraf Sərrafın, Ramiz Kərəmin, İnqilab İsaqın, Vasif Süleymanın, Tahir Talıblının, Mahcamalın, Cavad Zeynalın, Rahil Məmmədin, İslam Türkayın və başqalarının şeirləri yer alıb.

“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusiflinin “İsa Hüseynovdan... Muğannayadək”, Zaman Əsgərlinin “Ustad Feyzulla Qasımzadə”, Nərgiz Cabbarlının “Müasir roman: həqiqətdən simvolikaya” məqalələri, Sadiq Zamanın “Ötən illərin yuxusu povesti, Əlövsət Bəşirlinin “Dönməz”i, Rahid Uluselin “İslam fəlsəfəsi və onun Günəş ləkələri” essesi, Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesi, Mehmet Ömer Knın şeirləri, Vüsal Nurunun “Uzaqdakı doğma adam” povesti və digər yazılar yer alıb.

Jurnalın “Xatirələr, duyğular” rubrikasında Qəşəm Nəcəfzadə “Mənim ilk kitabım” yazısı ilə çıxış edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ