Uşaqlar üçün sərgi olacaq

Tarix:31-05-2018, 12:32 Baxış Sayı:62

Uşaqlar üçün sərgi olacaq
İyunun 2-də Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan rəsm sərgisi açılacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq sərgidə məktəbin 30-dək şagirdinin 80-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur.

Sərgi çərçivəsində məktəbin şagirdləri tərəfindən konsert proqramı da təqdim olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ