Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri

Tarix:22-05-2018, 16:29 Baxış Sayı:140

Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri
Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri olan “Azərbaycan hekayələri” kitabı Böyük Britaniyada işıq üzü görüb.

Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış Azərbaycan ədiblərinin hekayələri toplanan kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.

Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ