Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcək

Tarix:22-05-2018, 14:36 Baxış Sayı:129

Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcək
Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir.

Sərginin açılışı 2018-ci il may ayının 22-də saat 18:00-da Muzey Mərkəzində təşkil olunacaqdır. Sərgiyə giriş sərbəstdir. Sərgi cari il may ayının 26-dək davam edəcəkdir.

Vədud Salim oğlu Müəzzin 1958-ci il avqust ayının 11-də İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuşdur. 1980-cı ildən peşəkar rəssamlıq fəaliyyətinə başlamışdır. Rəsm və incəsənət kurslarında iştirak etmiş, Türkiyənin Memar Sinan Universitetini bitirmişdir. ABŞ (Los Anceles, 1990), Fransa (Paris, 1992), Kanadada (1995), İranın Təbriz, Urmiya, Rəşd, Ənzəli və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil edilmişdir. Bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Azərbaycan-İran mədəni əlaqələrinin yaranması və inkişafına xidmət edən rəssamın Bakıda ilk fərdi sərgisi 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində (indiki Milli İncəsənət Muzeyi) keçirilmişdir. Onun yaratdığı Ümummilli lider Heydər Əliyevin portreti də həmin sərgidə nümayiş etdirilmiş və tamaşaçıların rəğbəti ilə qarşılanmışdır. 2014-cü ildə rəssamın növbəti sərgisi Bakıdakı Muzey Mərkəzində təşkil olunmuşdur. O, 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.

Sərgidə V.Müəzzinin son illərdə İranda və Azərbaycanda yaratdığı əsərlər nümayiş olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ