Qusar etüdləri Bakıda sərgilənəcək

Tarix:14-05-2018, 09:20 Baxış Sayı:122

Qusar etüdləri Bakıda sərgilənəcək
Mayın 17-də Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcək.

Mərkəzdən Manera.az-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Sərgi, doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu və düşüncələri ilə tabloya köçürən rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, onların təbiətə çıxışını təmin etmək, etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.

Sərgidə 36 rəssamın plener zamanı ərsəyə gətirdikləri 80-dək sənət əsəri nümayiş olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ