“İkimizin hekayəsi” kitabının imza günü olub

Tarix:17-04-2018, 12:02 Baxış Sayı:121

“İkimizin hekayəsi” kitabının imza günü olub
Kitabevim.az mağazalar şəbəkəsinin Nizami filialında yazıçı Müşfiq Xanın “İkimizin hekayəsi” adlı yeni kitabının imza günü keçirilib.

“XAN” nəşriyyatından aldığımız məlumata görə, mərasimdə yazıçı çıxış edərək son zamanlar yaradıcılığında baş verən yeniliklərdən, “İkimizin hekayəsi” kitabının necə ərsəyə gəlməsindən bəhs edib. Sonra söz alan yazıçı-şair Cəlil Cavanşir Müşfiq Xanın yaradıcılığını izlədiyindən, hər dəfə də yaxşı mənada təəccübləndiyindən danışıb, yazıçıya uğurlar diləyib. Müşfiq Xanın kitablarını ruscaya tərcümə edən Narxanım Cəfərova yazıçının ölkədən kənarda çap olunan kitablarından bəhs edərək, xarici oxucuların yerli yazarlara olan rəğbətini qabardıb.

Tədbirdə siravi oxucularla yanaşı, bir sıra ədəbiyyat və sənət adamları da iştirak edib. Yazıçı Müşfiq Xan oxucuların kitablarını imzalayıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ