Bakıda “Türkiyə günləri həftəsi” keçiriləcək

Tarix:12-04-2018, 12:32 Baxış Sayı:163

Bakıda “Türkiyə günləri həftəsi” keçiriləcək

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək


MANERA.AZ xəbər verir ki, 2018-ci il 16-20 aprel tarixlərində baş tutacaq “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcəkdir. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək.

Tədbirin açılış mərasimi 16 aprel saat 11:00-da Bakı Avrasiya Universitetinin akt zalında (ünvan: Akademik Həsən Əliyev 135 A) baş tutacaqdır. Həftə içində digər günlər isə tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, tədbir Yunus Emre İnstitutunun Bakı Avrasiya Universiteti ilə birgə təşəbbüsü və təşkilatçılığı hazırlanmışdır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ