Məhəmməd Turanın "Güzgü qırıqları"

Tarix:10-04-2018, 17:09 Baxış Sayı:75

Məhəmməd Turanın "Güzgü qırıqları"
"Elm və təhsil" nəşriyyatı bu günlərdə Məhəmməd Turanın "Güzgü qırıqları" ("Zerkalnıe oskolki") adlı şeirlər kitabını nəşr edib.

Hazırda Belarus Dövlət İqtisadiyyat Universitetində təhsil alan gənc şairin oxucularla ilk görüşü olan toplu Taleh Mənsurun redaktorluğu, Aləmzər Əlizadənin ön sözü ilə işıq üzü görüb.

Eyni zamanda, görkəmli şair Məmməd İsmayılın və şair-publisist Nuranə Nurun M.Turanın şeirləri barədə qələmə aldıqları yazılar da yeni nəşrə daxil edilib.

Şeirlər Azərbaycan və rus dillərində oxuculara çatdırılıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ