Mir Cəlal Paşayevin hekayələr toplusu Türkiyədə çap edildi

Tarix:23-01-2018, 12:07 Baxış Sayı:167

Mir Cəlal Paşayevin hekayələr toplusu Türkiyədə çap edildi

Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.

Yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.

Kitabda Mir Cəlalın “Həkim Cinayətov”, “Bostan oğrusu”, “İclas qurusu”, “Kəmtərovlar ailəsi”, “İstifadə”, “Elçilər qayıtdı”, “Niyə ovdan ayaq çəkdim”, “Təzə toyun nəzakət qaydaları”, “Vətən yaraları”, “Susuzluq”, “Leyla”, “Müalicə”, “Plovdan sonra”, “Nazik mətləb”, “Xarici naxoşluq”, “Ay İsmayıl, başa sal”, “İnsanlıq fəlsəfəsi” kimi bir-birindən maraqlı, müxtəlif mövzulu, müxtəlif səpkili hekayələri yer alıb.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ