"...Amma "allahsız" sözü kiçik hərflə yazılmalıdır"

Tarix:13-01-2018, 15:08 Baxış Sayı:195

"...Amma "allahsız" sözü kiçik hərflə yazılmalıdır"

"Dilşünaslarımızın, orfoqraflarımızın "Allah", "Rəbb", "Tanrı" sözlərinin böyük hərflərlə yazılmasını təklif etmələri alqışa layiqdir. Onsuz da ateistlərdən fərqli olaraq, dindar olmadan belə qəlbində Allah sevgisi olanlar həmişə belə ediblər." - bunu Manera.az-a açıqlamasında "Dərkənar" qəzetinin redaktoru Pünhan Şükür deyib.

Jurnalist hesab edir ki, ateizmin özü də allahsızlıq dinidir. "Allahsızlıq" demişkən, şəxsən mən "allahsız", "allahsızlıq" sözlərini cümlənin ortasında və axırında kiçik hərflərlə yazacağam, savadsızlıq kimi qiymətləndirilsə belə.

Hörmətimizin əlaməti kimi, ünsiyyətdə olduğumuz şəxsə "Siz" deyə müraciət edirik. Amma Allahla danışanda "Sən" deyirik. "Təkçə ona görə yox ki, bizə "şah damarımızdan da yaxındır". Həm də ona görə ki, "Sən" deməklə təkliyini, vəhdaniyyətini, şəriksizliyini təsdiqləyirik. Yaradana belə münasibət insanın firtratındadır və bunun yazılı ifadəsində qüsur axtarılmamalıdır". - deyə redaktor qeyd edir.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları layihəsində yaradanın və səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ