Mikayıl Mirzə Almaniyada anılıb

Tarix:13-01-2018, 14:33 Baxış Sayı:156

Mikayıl Mirzə Almaniyada anılıb


Almaniyanın Berlin şəhərində xalq artisti, görkəmli sənətkar Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunan „ Sənətin Məcnunu“adlı xatirə tədbiri keçirilib.

Manera.az xəbər verir ki, Alman Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Birliyin sədri Dr. Naibə Şirinova sənətkarın ömür yolundan, yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. N.Şirinova qeyd edib ki, Mehdi Məmmədov, Adil İsgəndərov, Müxlis Cənizadə Tofiq Kazımov, kimi görkəmli səhnə xadimlərindən aktyorluq sənətinin sirlərini öyrənən Mikayıl Mirzə 1969-cu ildə İncəsənət institutunu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. O, institutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Teatrında işləyib. O istər teatrda, kinoda, istərsə də televiziya tamaşalarında özünəməxsus ifa üslubuna malik obrazlar qalereyası yaradaraq tamaşaçıların ürəyinə yol tapdı..

N.Şirinova qeyd ki, M.Mirzə Nizamidən Füzuliyə qədər, H.Cavid, M.Araz, X.Rza, Z.Yaqub kimi bütün şairlərimizin danışan dili,harayı, nərəsiydi.
Azərbaycan və türk diaspora nümayəndələrinin və ziyalıların iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib, yerli sənətçilərdən Humay Əkbəri, Həmid Saneiyin ifasında M.Mirzənin bəstələdiyi mahnı və bayatılar səsləndirilib, Reyhan Qasimovanın ifasında şeiri oxunub.

Cənublu söydaşımız şairə Şərifə Cəfəri sənətkari daha çox qiraət ustası kimi tanıdığından,haqqı ədaləti ucaltmaq, həqiqəti meydana çıxartmaq üçün M.Arazın, X.Rzanın, Şəhriyarın yaradıcılıqlarından ifa etdiyi şeirləri sevə sevə dinlədiyindən danışdı.

N.Şirinova, sənətkarın ailəsində balaça Mikayılın böyüyüdüyünü söylədi. Kim bilir bəlkə balaça Mikayıl böyüyüb baba Mikayılın yolunu davam etdirəcək, babasını yarımşıq qalmış işlərini tamamlayacaq... …

Tədbirin sonunda AAZ Birliyinin sədri N.Şirinova bu sənət fədaisinin bundan sonra da sənətsevərlərin xatirəsində, qəlbində yaşayacağına inamla ifadə etdi.

Təranə Feyzullayeva.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ