"Qızıl qlobus"un qalibləri bilindi

Tarix:8-01-2018, 18:10 Baxış Sayı:54

"Qızıl qlobus"un qalibləri bilindi
Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, “Ən yaxşı dramatik film” üzrə mükafatı Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb. Həmin film eyni zamanda ən yaxşı ssenari nominasiyasında mükafata layiq görülüb. “Qızıl qlobus” mükafatını “Ən yaxşı rejissor” nominasiyası üzrə Gilyermo del Toro əldə edib.

Qori Oldman “Qaranlıq zamanlar”, Frensis Makdormand “Ebbinq, Missura sərhədində 3 bilbord" filmlərinə görə “Ən yaxşı aktyor” nominasiyasında qalib olublar.
“Qızıl qlobus”un qalibləri bilindi
Bu dəfə mükafata sahib olan "Ledi Berd" filmi "Ən yaxşı komediya filmi", Ən böyük balaca yalan" ekran əsəri isə "Ən yaxşı mini-serial" kimi qiymətləndirilib.

Qeyd edək ki, "Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.../apa.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ