Orxan Həsənovun Texniki Terminlər Lüğəti...- Yeni kitab

Tarix:6-01-2018, 22:27 Baxış Sayı:118

Orxan Həsənovun Texniki Terminlər Lüğəti...- Yeni kitab
İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. O, indi dünya sənaye sahəsində aparıcı dilə çevrilmişdir. Buna görə də İngilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var.

Bu gün ölkəmizdə qida sektorunda istifadə olunan əksər istehsalat avadanlıq və cihazları ABŞ, İsveçrə, İtaliya, İspaniya, Çin, Almaniya və digər ölkələrdən gətirilməkdədir. Həmin cihazların texniki pasportları və digər texniki istismar kitabçaları İngilis dilində tərtib edilməkdədir. Bu isə istehsalat cihazlarını istismar edənlər üçün çətinlik yaratmaqdadır.

Yenicə çapdan çıxmış “Qida sənayəsi üçün texniki terminlər Lüğəti” kitabı yaranan bu cür çətinlikləri aradan qaldırmaqda bir vasitə olacağına şübhə etmirik...

Müəllifin bu lüğət kitabına 5000-dən çox söz və terminlər daxildir. Bundan əlavə lüğətdə xeyli sayda söz birləşmələri və frazeoloji birləşmələr və həmçinin şəkilli izahlı terminlər verilmişdir.

Orxan Həsənovun Texniki Terminlər Lüğəti...- Yeni kitabQeyd edək ki, müəllif Orxan Nazim oğlu Həsənov 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2010-2014-cü illərdə Qafqaz universiteti və Türkiyənin Marmara universitetində (2012) BM (ingiliscə) ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır. 2014-2016-cı illər Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (ingiliscə) ixtisası üzrə magistr təhsili almışdır. 2012-ci ildə M. Brayze təşkil etdiyi "American Studies İnistitiute" seminarını bitirmiş, 2012-2013-cü illərdə "Azerbaijan Future Studies Society" təşkil etdiyi "BMT Millennium Project" layihəsi üzrə diploma layiq görülüb. 2014-cü il Romada təşkil olunan BMT Modul İqtisadi Konfransına qatılmışdır.

O, hazırda "New Generation" kursunda müəllimlik fəaliyyətini davam etdirir.

Müəllifi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

Fatimə,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ