Qənirə Paşayeva ADU-da

Tarix:6-12-2017, 17:01 Baxış Sayı:62

Qənirə Paşayeva ADU-da
Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatıQənirə Paşayeva Auditoriya+ layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə Qənirə Paşayevanı universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.

Millət vəkili Q.Paşayeva gənclərlə belə görüşlərin təşkil edilməsininvacibliyini vurğulayaraq dəyirmi masanın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.

Millət vəkili dəyirmi masada “Azərbaycanın xarici siyasi əlaqələrinin inkişafında parlamentin rolu” mövzusunda çıxış edərək bəzi məqamlara da aydınlıq gətirib.Torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycanın həm daxili, həm də xarici siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayan millət vəkili parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilən qərarlar, qarşıda duran məqsədlərdənsöz açıb, beynəlxalq təşkilatların bu məsələyəikili standartlarla yanaşmasından bəhs edib. Daha sonra Q.Paşayeva tələbələrin sualları əsasında Milli Məclisin təhsil sahəsindəki qərarlarının mahiyyətindən danışıb.
Millət vəkili sonda tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya çatdırmağı tövsiyə edib.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ