Şeir müsabiqəsinə yekun vurulub

Tarix:28-11-2017, 10:59 Baxış Sayı:49


Şeir müsabiqəsinə yekun vurulub
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Baş İdarədən MANERA.AZ-a bildirlib ki, şeir müsabiqəsində münsiflər heyətinin ümumi qərarına əsasən qalib seçilən 4 məktəbli oxucu eyni dərəcəli diplomla təltif olunub.

Eləcə də, müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi nömrələri səslənib, müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib.

Sonda şair Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ