Avropa Musiqi Mükafatının qalibi bəlli oldu

Tarix:14-11-2017, 14:29 Baxış Sayı:33

Avropa Musiqi Mükafatının qalibi bəlli oldu
Kanadalı müğənni Şon Mendes bir neçə nominasiyada MTV Avropa Musiqi mükafatını (Evropa Music Awards) qazanıb.

MANERA.AZ-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 19 yaşlı Mendes “Ən yaxşı artist”, “Ən yaxşı mahnı” (Theres Nothing Holding Me Back) və “Ən çox fanat bazası” nominasiyalarında qalib seçilib.

İlin ən yaxşı hip-hop ifaçısı reper Eminem seçilib. Ən yaxşı rok qruppa isə Coldplay kollektivi olub. “Ən yaxşı pop-musiqiçi” kateqoriyasında meksikalı müğənni Kamilla Kabello qalib olub.

MTV Avropa Musiqi Mükafatı (EMA) 1994-cü ildən başlayaraq hər il təqdim olunur. EMA-nın qalibləri mükafatın saytında internet səsvermə yolu ilə müəyyənləşir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ