"Uşaq kitab karvanı"nın səfərləri başa çatıb

Tarix:14-11-2017, 11:43 Baxış Sayı:32

"Uşaq kitab karvanı"nın səfərləri başa çatıb
Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində həyata keçirilən səfərlər başa çatdı.

Əvvəlcədən xəbər verdiyimiz kimi, layihə çərçivəsində Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarında görüşlər keçirilib.

Səfərdə uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyatzadə və Reyhan Yusifqızı iştirak ediblər.

Səmərəli keçən səfərdə bölgələrdə fəaliyyət göstərən MKS-ların uşaq kitabxanalarının hər birinə kitab karvani ilə gətirilən bağlamalarında nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakatlar və vəsaitlər hədiyyə edilib.

Bütövlükdə isə “Uşaq Kitab Karvanı” layihəsi adı ilə həyata keçirilən silsilə səfərlərdə 2011-ci ildən indiyə qədər 26 rayona 22 min nüsxədən çox kitab bağışlanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ