manera.az
manera.az

Bu qışın “Soyuq əllər – isti ürəklər”i

Bu qışın “Soyuq əllər – isti ürəklər”i
Qışın sərt üzünə sayılı günlər qalıb. Bəyaz libaslı bu fəslin bir gözəlliyi də ondadır ki , Yeni ili ümidlərlə qarşılayıb , gəlişini bayram edirik. Ənənə halını alan “Soyuq əllər – isti ürəklər” xeyriyyə yarmarkası isə qışı daha da unudulmaz edir.

“Nargis Fund” tərəfindən Fəvvarələr meydanında təşkil edilən layihə bu il şəhərimizin sakinlərinin və qonaqların görüşünə dekabrın 1-də gələcək və 2018-ci il yanvarın 15-dək davam edəcək.

Böyükdən-kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi və 5-ci dəfədir keçirilən bu yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək.

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüşü, sevimli ifaçıların çıxışı, maraqlı hədiyyələr və dadlı şirniyyatlar gözləyir. Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdə təşkil ediləcək. Burada hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti çay içə, təzə şirniyyatdan və milli yeməklərdən dada bilər.

Builki tədbir miqyasına və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən fərqli və yaddaqalan olacaq. Yarmarka ərzində satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, ötən il ­olduğu kimi, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanmış məmulatlar da çıxarılacaq. Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta baba və Qar qızı, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930