“Yalnızlığın bal ayı” Polşada çap edilib

Tarix:13-11-2017, 12:24 Baxış Sayı:79

“Yalnızlığın bal ayı” Polşada çap edilib
Yazıçı Müşfiq Xanın “Yalnızlığın bal ayı” (“Медовый месяц одиночества”) psixoloji-məhəbbət romanı Polşanın “Ridero” nəşriyyatında çap olunub.

Yazıçının Parafraz-a verdiyi məlumata görə, “Müasir sevgi romanı” seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb.

Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da Amazon.com, ЛитРес, ozon.ru, Books.ru və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

Bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ