Leonardo Da Vinçinin ən böyük sərgisi

Tarix:13-11-2017, 11:15 Baxış Sayı:50

Leonardo Da Vinçinin ən böyük sərgisi
Belçikada premyerası keçirilən dünyanın ən əhatəli Leonardo Da Vinçi sərgisi - "Leonardo Da Vinçi Expo”nun ikinci dayanacağı Türkiyənin İstanbul şəhəri olacaq.

MANERA.AZ Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, intibah dövrünün məşhur rəssamının əsərləri istanbullu sənətsevərlərə dekabrın 14-də yetişəcək.

Sərgidə bir rəssam, filosof, musiqiçi, memar və mühəndis kimi tanınan Leonardo Da Vinçinin orijinal eskizləri vasitəsi ilə hazırlanmış 100 replikası və əlyazması, tablo və ştrixləri yer alacaq.

2018-ci il aprelin 7-dək davam edəcək sərgidə Leonardo Da Vinçinin əsərləri ilə yanaşı, bu dahi sənətkardan ilham alan Donatello, Rafael kimi digər intibah dövrü rəssamlarına aid nümunələr və sənədlər də nümayiş olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ