manera.az
manera.az

Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub

Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
Azərbaycan Dövlət Musiqili Teatrında 18 Oktyabr Müstəqillik Günü qeyd olunub.

MANERA.AZ xəbər verir ki,bu münasibətlə teatrda “Heydər Əliyev dərsləri” mövzusunda növbəti tədbir keçirilib. Tədbiri açıq elan edən Musiqili Teatrın direktoru Əliqismət Lalayevin təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ə. Lalayev çıxışında dövlətimizin şərəfli müstəqillik tarixindən bəhs edib, 18 Oktyabr Müstəqillik Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu söyləyib. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsindən danışan Ə. Lalayev "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan sonra ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açıb.

“Qazanılan bütün uğurlar Ümummilli Lider, Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin strateji inkişaf yolunun və uzaqgörən siyasətinin nəticəsidir. Çağdaş Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev təkcə xalqımızın deyil, ümumiyyətlə, bəşər tarixinin nadir şəxsiyyətlərindən, dünya miqyaslı dövlət xadimlərindən biridir. Biz bugünki Azərbaycan dövlətinin var olmasına görə məhz Heydər Əliyev dühasına borcluyuq.

Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü göz bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs vəzifəsidir. Tarixi ərazilərimizi işğal edən nankor qonşularımız unutmamalıdırlar ki, Azərbaycan mütləq öz torpaqlarını azad edəcəkdir”, - deyə Ə. Lalayev çıxışının sonunda qeyd edib.
Müstəqillik Günü Musiqili Teatrda qeyd olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031