Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək

Tarix:18-10-2017, 21:12 Baxış Sayı:64

Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək
Oktyabrın 24-də görkəmli şair Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək.

MANERA.AZ-ın məlumatına görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Beynəlxaq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulan konsertdə, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Quliyev, Xətai Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov “Aypara” instrumental ansamblının müşayiəti ilə Molla Pənah Vaqifin qəzəllərində ibarət muğamları səsləndirəcəklər.

Qeyd edək ki, tədbirə APA, APA.TV, Lent.az və Vesti.az informasiya dəstəyi verir.
Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcəkБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ