Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunub

Tarix:15-10-2017, 16:41 Baxış Sayı:63

Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunub
Oktyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib.

MANERA.AZ xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdikləri yubiley tədbirində əvvəlcə M.Çəmənlinin həyat və yaradıcılığına dair film nümayiş olunub.

Tədbirdə Baş nazirin birinci müavini, Xalq Yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.

Sonra yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli M.Çəmənlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, 30-dan çox kitabin müəllifi olan M.Çəmənlini müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, XX əsrin 70-ci illərinin ədəbi nəslinə mənsub yazıçı adlandırıb. Bildirib ki, 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində dərc olunmuş “Ləpirlər” hekayəsi ilə ədəbiyyatımıza gələn M.Çəmənli sonralar dövrünün ən məhsuldar yaradıcı insanlarından biri olub.

Xalq Artisti Arif Babayev, Əməkdar İncəsənət Xadimi, şair Çingiz Əlioğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları M.Çəmənlini daim yaradıcılıq axtarışında olan zəhmətsevər yazıçı, səmimi, vətənsevər ziyalı, doğmalarına, yaxınlarına sədaqətli ailə başçısı kimi dəyərləndiriblər.

Çıxış edənlər yazıçının yaradıcılığında ana xətt kimi keçən doğma diyardan, düşmən tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza qayıtmaq arzusundan danışıblar.

Tədbirdə Xalq Artisti, qiraət ustası Eldost Bayramın ifasında yazıçının əsərlərindən seçmələr səsləndirilib. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Sonda M.Çəmənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunub
Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ