Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib

Tarix:12-10-2017, 18:03 Baxış Sayı:212

Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib
Oktyabrın 11-i Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Məmməd Araz poeziya günü" keçirilib.

Bu barədə MANERA.AZ-a Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib. Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu,AYB-nin Lənkəran bölməsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Məmməd Araz” poeziya günündə Lənkəran Dövlət Universitetinin professor – müəllim – tələbə heyəti də fəal iştirak edib. İştirakçılar ilk öncə mərkəzin foyesində təşkil olunmuş kitab sərgisində şair Məmməd Arazın müxtəlif illərdə çap olunmuş kitabları ilə tanış olublar.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz irsinin yorulmaz tədqiqatçısı Qardaşxan Əzizxanlı açaraq şairin mənalı həyat yolu, ədəbi irsi, təkrarsız poeziya nümunələrindən ətraflı bəhs edib.

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. LDU-nun Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi fakültəsinin 2-ci tədris ili tələbəsi Nihad Piriyev 1-ci yeri tutaraq xüsusi mükafata – M.Araz adına “Qartal” mükafatına ,fəxri fərman və diplomlara, ”Bilik” fondunun xatirə hədiyyələrinə, eyni zamanda pul mükafatına layiq görülüb. Onun kurs yoldaşları Cavidan Cəfərov ikinci, Məlahət Əhmədova 3-cü dərəcəli diploma və xatirə hədiyyələrinə layiq görülüblər. Qaliblərə hədiyyələri Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və millət vəkili, yazıçı Aqil Abbas təqdim ediblər.

Tədbirdə çıxış edən LDU-nun prorektoru, filologiya elmləri doktoru Yədulla Ağazadə Məmməd Araz yaradıcılığının bədii xüsusiyyətlərini ətraflı şərh edib, şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

LDU-nun tələbələrinin ifasında səslənən şairin vətənpərvərlik ruhlu şerlərindən ibarət ədəbi- bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şairin doğmaları adından çıxış edən millət vəkili, yazıçı-publisist Aqil Abbas belə görüşlərin, tanınmış şairlərin poeziya günlərinin milli dəyərlərimizin formalaşmasında, vətənpərvərlik, milli təəssübkeşlik hisslərinin gənc nəslə aşılanmasında vacib rol oynadığını deyib, tədbirin təşkilatçılarına , həmçinin poeziya günündə fəal iştiraklarına görə LDU kollektivinə minnətdarlıq bildirib.
Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib
Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib
Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib
Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilib
Lənkəranda "Məmməd Araz poeziya günü" keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ