“Nar bağı” filmi 26-cı Heartland Film Festivalında

Tarix:12-10-2017, 11:50 Baxış Sayı:21

“Nar bağı” filmi 26-cı Heartland  Film Festivalında
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi 26-cı Heartland Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından MANERA.AZ-a verilən məlumata görə, festival oktyabrın 12-dən 22-dək ABŞ-ın İndianapolis şəhərində keçiriləcək. Film oktyabrın 21-də nümayiş olunacaq.

Film “Xarici dildə ən yaxşı filmə namizədlər” müsabiqə bölümündə yer alıb. Bu bölməyə “Nar bağı” da daxil olmaqla, Amerika Kino Akademiyasının cari ilin “Xarici dildə ən yaxşı film” nominasiyası (Oskar mükafatı) uğrunda mübarizə aparan 10 ölkənin - Türkiyə, Fransa, İsveçrə, Yeni Zellandiya, Hindistan, İraq, Pakistan, Norveç və Nepalın rəsmi təmsilçiləri daxildir.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ