Tələbələrin Qədim Misir sivilizasiyasına marağı

Tarix:11-10-2017, 12:32 Baxış Sayı:28


 Tələbələrin Qədim Misir sivilizasiyasına  marağı
Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Xəzər Universiteti Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının tələbələrinin Qədim Şərq tarixi dərsinin mühüm tərkib hissəsi olan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs keçirilib.

Manera.az xəbər verir ki, dərs Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində baş turub.

İştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verərək bildirib: “Misir və Azərbaycan arasında dostluq əlaqələri uzun illər mövcud olmuşdur. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən biri də iki ölkə arasında olan əlaqələri daha da genişləndirmək, təhsil sahəsində əməkdaşlığı artırmaq, tələbə və müəllim mübadiləsini, beynəlxalq elmi konfransların, treninqlərin təşkilinin həyata keçirilməsindən ibarətdir. Tələbələrin Qədim Misir sivilizasiyasına olan marağını nəzərə alaraq universitet rəhbərliyinin təşəbbüsü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu tədbirin keçirilməsini yüksək qiymətləndirəm”.

Daha sonra Mərkəzin rəhbəri tərəfindən tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxunaraq, Misirin tarixi və mədəniyyətini əks olunduğu slayd və film nümayiş olunub.

Daha sonra Xəzər Universitetinin Arxeologiya və tarix departamentinin rəhbəri Roza Axundova və “Azərbaycan arxeologiyası” jurnalının redaktoru Qüdrət İsmayılzadə Qədim Misir tarixi və tədqiqatlar haqqında tələbələrə məlumat veriblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tarix ixtisası üzrə təhsil alan tələbələrin əyani olaraq Qədim Şərq fənn ilə bağlı biliklərə yiyələnməsinə və dünyagörüşlərinin artmasına dəstək olmaq olub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ