Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Tarix:11-10-2017, 12:32 Baxış Sayı:63

Xaçmazda insan alveri ilə bağlı  maarifləndirmə tədbiri keçirilib


Xaçmazda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirib. Bu istiqamətdə müxtəlif qurumların birgə fəaliyyətinin vacib olduğunu bildirib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə bağlı maarifləndirmə fəaliyyəti çərçivəsindən müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri haqqında geniş məlumat verərək, onun potensial qurbanları və həyata keçirilmə yolları haqqında məlumat verib.

Gülayə Səfərova insan alverinin qurbanı olmuş şəxslərin həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırmaqla, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi müxtəlif metodlar haqqında geniş informasiya verib. Bu prosesdə yalançı evliliklər istifadə olunaraq “həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğu haqqında faktların da mövcud olduğu bildirilib.

Xaçmazda insan alveri ilə bağlı  maarifləndirmə tədbiri keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ