Türk dünyasının ortaq tarixinə dair Konfrans

Tarix:13-09-2017, 07:48 Baxış Sayı:44

Türk dünyasının ortaq tarixinə dair Konfrans
Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

MANERA.AZ xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunan tədbir “İNOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb.

Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrinin müzakirə edilməsi və fikir mübadiləsi aparılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Konfransın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən konqresin baş əlaqələndiricisi, professor Alaattin Aköz üç gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edib, müvafiq mövzu ilə bağlı fikirlərini səsləndirib və təkliflərini irəli sürüb. O, ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, eləcə də problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilmələrinin vacibliyini vurğulayıb.

Şərqi və qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən bəhs edən alimlər qədim türk yazılı mənbələrinin yenidən tədqiqinin, ortaq dəyərlərin qorunub saxlanılmasının və ayrı-ayrı türkoloji mərkəzlərin münasibətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra bir qrup alimə təşəkkürnamələr təqdim edilib.

Plenar iclasdan sonra konfrans işini ADPU-da bölmə iclasları ilə davam etdirib. İclaslarda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Konfrans sentyabrın 14-dək davam edəcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ